UEFA Çempionlar Liqasında ilk iki 1/4 finalçısı müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, bunlardan biri \"Barselona\" olub. Londonda \"Arsenal\"a 1:2 hesabı ilə yenilən \"Barselona\" doğma azarkeşləri önündə sürprizə imkan verməyib. Kataloniya təmsilçisi hətta turnirlə erkən vidalaşma təhlükəsi ilə üzləşib. Belə ki, hesabı 45-ci dəqiqədə Lionel Messi açsa da, 53-cü dəqiqədə Serxio Busketsin avtoqolu komandanı çətin vəziyyətdə qoyub. 69-cu dəqiqədə Xavi Ernandes yenidən \"Barsa\"nı hesabda önə keçirib. Bu nəticə oyunun əlavə vaxta getməsi üçün yetərli olsa da, kataloniyalılar lazım olan qolu əsas vaxtda vurub. Belə ki, 71-ci dəqiqədə penaltidən dublunu rəsmiləşdirən Messi \"Barselona\"nı 1/4 finala aparıb.
Digər xoşbəxt isə \"Şaxtyor\" olub. Səfər oyununda \"Roma\"nı 3:2 hesabı ilə yenən ukraynalılar evdə də qələbə qazanıb. Mirça Luçeskunun yetirmələri bu dəfə rəqibi rüsvay ediblər - 3:0.
Çempionlar Liqası
1/8 final
Cavab oyunları
8 mart
Barselona (İspaniya) - Arsenal (İngiltərə) 3:1
Qollar: Lionel Messi, 45; 71-pen. Xavi Ernandes, 69 - Serxio Buskets, 53 (avtoqol).
Şaxtyor Ukrayna) - Roma (İtaliya) 3:0
Qollar: Tomas Hübşman, 18. Villian, 58. Eduardo, 87.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB