Aleksandr Starkov: "Sevinirəm ki, növbəti mərhələyə vəsiqə qazandıq"

Aleksandr Starkov: "Sevinirəm ki, növbəti mərhələyə vəsiqə qazandıq"
NBC Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransına qatılan baş məşqçilər oyun barədə fikirlərini söylədilər. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:


Toni Adams: "Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bugünkü oyun ötən həftə Qəbələdə keçirilən qarşılaşmadan o qədər də fərqlənmədi.


Rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Futbolçularım əllərindən gələni etdilər. Təəssüf ki, bu mərhələ keçmək üçün yetərli olmadı.


"Bakı" əlinə düşən imkanı qaçırmadı və qələbə topunu vura bildi. Bir daha rəqib komandanı təbrik edirəm.


Aleksandr Starkov: Oyun çətin keçdi. İlk oyunda olduğu kimi Bakıda da bütün meydan boyu mübarizə getdi. "Qəbələ" asan rəqib olmadığını bir daha göstərdi.


Qarşılıqlı hücumlar şəraitində səhv etməməyə, rəqibə şans verməməyə çalışdıq.


İkinci hissənin əvvəllərində futbolçularımız yaranan imkandan istifadə edərək qol vurdular. Sevinirəm ki, növbəti mərhələyə vəsiqə qazandıq.


Əsas məqsədimiz də bu oyunda qalib gəlmək idi. İndi demək olar ki, bu vəzifənin öhdəsindən gəldik.


Görüləcək çox işlərimiz var, çalışmalarımızı davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com