Yığma komandamız İsmayıllıya gedib

Yığma komandamız İsmayıllıya gedib

Azərbaycan yığma komandasının cüdoçuları təlim-məşq toplantısında iştirak etmək üçün İsmayıllı rayonuna yollanıblar. JudoOnlinedən siasport.az-a verilən məlumata görə, iki həftə davam edəcək təlim məşq toplantısında yığma komandamıza baş məşqçi Ağayar Axundzadə və məşqçi Hacıağa Hacıəhmədov rəhbərlik edəcək.

Təlim-məşq toplantısının keçırılməsində əsas məqsəd idmançılarımızın yeni qaydalar üzərində işləməsi, onların ümumi fiziki və xüsusi fiziki hazırlıqlarının, həmçinin dözümlük və çeviklik dərəcələrinin daha da artırılmasıdır.

Təlim-məşq toplantısından sonra cüdoçularımızı London-2012 Olimpiya Oyunlarına lisenziya xalı verən yarışlar gözləyir.

Qeyd edək ki, təlim-məşq toplantısı İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə