NBC Bank Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Xəzər Lənkəran" klubu Bakının "Neftçi" komandasını qəbul edib. Siasport.az saytı xəbər verir ki, gərgin keçən oyunda bərabərlik qeydə alınıb. Komandalar hərəyə bir dəfə fərqlənə biliblər. Belə ki, matçın 9-cu dəqiqəsində Flaviniyo komandasını önə çıxarıb. Oyunun 21-ci dəqiqəsində isə Uinston Parks hesabda tarazlıq yaradıb. Qarşılaşma bu hesabla da başa çatıb.
İki oyunun nəticəsinə görə, "Xəzər Lənkəran" növbəti mərhələyə vəsiqə qazanıb. 1/2 finalda cənub təmsilçisi kubokun son qalibi "Bakı" klubu ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB