Joze Maurinyo düşmənlərini axtarır

Joze Maurinyo düşmənlərini axtarır
İspaniyanın \"Real Madrid\" klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyo ona qarşı olan təxribatı araşdırmaq üçün İspaniya dövlətinin hüquq mühafizə orqanlarına müraciət edəcək. Siasport.az sayının xəbərinə əsasən, məşhur portuqaliyalı futbol mütəxəssisi İspaniya mediasına verdiyi açıqlamasında qeyd edib ki, onun bu səviyyədə düşməni olmadığı üçün baş verən hadisə yalnız və yalnız onun peşəkar futbol fəaliyyəti ilə bağlı ola bilər: \"Mən əminəm ki, bu işi görənlər bizi futboldakı uğurlarımıza görə cəzalandırmaq istəyiblər. Mənim şəxsi həyatda heç bir düşmənlərim yoxdur. Bunu bəlkə də sıradan bir hadisə kimi qiymətləndirmək də olardı. Amma hadisənin mahiyyəti bu məsələnin ciddi olduğunu göstərir. Biz bu dəfə yaxşı qurtarsaq da, sabah belə bir halın baş verməyəcəyinə təminat yoxdur. Mən müvafiq orqanların bu adamları tapıb cəzalandırmaları üçün müraciət etmişəm\".

Xatırladaq ki, \"Real\"ın baş məşqçisi \"Deportivo\" ilə keçən həftə keçirilən qarşılaşmadan əvvəl hava limanında əlində bıçaq olan bir nəfərin hücumuna məruz qalmışdı. Həmin şəxs klubun mühafizəçilərinə bıçaq zərbələri endirərək baş məşqçiyə yaxınlaşmağa çalışsa da, buna nail ola bilməmişdi. İspaniya mediası da bu hücumun futbolla əlaqədar olduğu qənaətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə