“İqtisadçı” “Azərreyl”i məğlub etdi

“İqtisadçı” “Azərreyl”i məğlub etdi

Qadın voleybolçulardan ibarət komandalar arasında Azərbaycan Super Liqasının II dövrəsinin sonuncu-X turunun son oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, "Gənclik" Olimpiya Kompleksində keçirilən turun mərkəzi matçında "Azərreyl" "İqtisadçı"ı ilə qarşılaşıb. Gərgin keçən oyunda iqtisadçılar qələbə qazanıblar. İlk setdə 23:25 hesablı qələbə qazanan "İqtisadçı" ikinci hissədə 25:17 hesabı ilə məğlub olub. Üçüncü setdə də "İqtisadçı" 27:25 hesabı ilə "Azərreyl"ə məğlub olub. Növbəti hissədə isə "Azərreyl" "İqtsadçı"ya 18:25 hesabı ilə uduzub. Oyunun taleyi 5-ci hissədə məlum olub. Son setdə iqtisadçılar gözəl oyun nümayiş etdirərək 12:15 hesabı ilə matçı öz xeyrinə başa vurublar.

Turnir cədvəli

1

Rabitə

18

2

İqtisadçı

18

3

Azərreyl

17

4

Lokomotiv

14

5

Bakı

12

6

Şirvan

11

Bütün xəbərlər Facebook səhifəmizdə