\"Qarabağ\" yenə də Quzanlıda oynayacaq

\"Qarabağ\" yenə də Quzanlıda oynayacaq

\"Qarabağ\" ev oyunlarını yenidən Quzanlı stadionunda keçirməyə qərar verib. Siasport.az saytı xəbər verir ki, xəbəri Ağdam rayon icra başçısının 1-ci müavini Zülfü Qasımov təsdiq edib: \"Çox şadıq ki, doğma komandamız yenidən öz meydanında oynayacaq. Bu işdə birinci sizlər olmaqla, əməyi olan hər kəsə dərin təşəkkürümüzü bildiririk\".

İcra Hakimiyyətinin rəsmisi bildirib ki, bir həftə əvvəl \"Qarabağ\" nümayəndələri stadiona baxış keçiriblər. Onlar idman qurğusunun yüksək vəziyyətə gətirilməsi üçün müzakirələr aparıblar. İcra başçısı müavininin sözlərinə görə, stadionda lazımı işlər görülür. Meydança çayırdan təmizlənib, yeni torpaq, qum, torf, toxum və gübrə gətirilib. Ağdam İcra Hakimiyyəti ilə yanaşı, \"Qarabağ\" rəhbərliyi də köməyini əsirgəməyib: \"Fərqi yoxdu ki, kim stadionun yenilənməsinə kömək edir. Məqsədimiz komandamıza yardım etmək və dəstək verməkdi. İnşallah aprelin 25-də hazır olacaq stadionumuz Azərbaycanda fərqlənəcək və biz burada \"Qarabağ\"ın yeni qələbələrinə şahid olacağıq. İnanırıq ki, yeni mövsümdən də komandamız bütün ev oyunlarını Quzanlıda keçirəcək\".

İcra başçısının müavini, sonda klub rəhbərliyi ilə heç bir problemlərinin olmadığını bəyan edib: \"İcra başçısı və klub rəhbərliyi arasında heç bir problem yoxdu. Bu söz-söhbətləri ortaya atanlar \"Qarabağ\"ı istəməyənlər və şəxsi mənafelərini düşünənlərdi\".// supersport.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com