"Qarabağ" Bakıya dönür

"Qarabağ" artıq Bakıya dönür. Siasport.az saytı xəbər verir ki, final mərhələsi öncəsi Antalyada təlim-məşq toplanışı keçən komanda 1 həftəlik hazırlığını başa vuraraq vətənə qayıdır. Dünən "Ska-Enerji" ilə yoxlama oyunu keçirən və 3:1 hesabıyla qalib gələn komanda bu gün artıq Bakıda olacaq. Komanda Bakı saatı ilə 12:30-da Antalya – İstanbul – Bakı reysiylə yola düşüb. Axşam saat 7 raddələrində komanda Bakıya çatacaq. Komanda sabahdan məşqlərə yenidən başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə