FİFA İlqar Qurbanovun "Qarabağ"a keçidi məsələsinə "əl qoydu"

FİFA İlqar Qurbanovun "Qarabağ"a keçidi məsələsinə "əl qoydu"
"Qarabağ" klubu qışda sıralarına 4 yeni futbolçu cəlb etmişdi. Siasport.az saytı xəbər verir ki, lakin, yeni futbolçulardan İlqar Qurbanovun xidmətindən yararlanmaq mükün olmurdu. 24 yaşlı yarımmüdafiəçinin son klubu "Mersin İdman Yurdu" ilə yaranmış problem səbəbindən İlqarın lisenziyasının alınmasında əngəl yaranmışdı. Amma FİFA məsələyə "əl qoyaraq" İlqar Qurbanovun "Qarabağ"a keçidində heç bir əngəl olmadığını və "Mersin İdman Yurdu`"nun iddialarını əsassız sayaraq İlqarın "Qarabağ"a keçidini təsdiqləyib.

İlqar bu barədə klubun rəsmi saytına bunları deyib: "Təbii ki, məsələnin həll olunmasına sevinirəm. Axı, burda mənim heç bir günahım yox idi. İndi qalır, başımı aşağı salıb hazırlaşmaq. Qarşıda bizi 10 final oyunu gözləyir. Komandada rəqabət böyükdür. Səylə məşqlərə davam edirəm. Baş məşqçimizin mənə verəcəyi şansı gözləyirəm. Mənə verilən şansdan maksimum yararlanmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə