Bu gün
\"Gənclik\" Olimpiya Kompleksində qadın voleybolçulardan ibarət
komandalar arasında Azərbaycan Super
Liqanın II dövrəsinin sonuncu-X turunun 2 oyunu keçirilib. Siasport.az saytı
xəbər verir ki, "Şirvan" "Rabitə" ilə qarşılaşıb. Oyunda rabitəçilər hər 3
setdə qalib gəliblər- 17:25, 14:25, 9:25. Digər matçda isə "Bakı" "Lokomotiv"lə üz-üzə gəlib.
Bu oyunda dəmiryolçular rəqibindən üstün olub. İlk setdə "Lokomotiv" 13:25
hesabı ilə asan qələbə qazanıb. İkinci setdə isə "Bakı" hissəni öz xeyrinə başa
vurub-25:22. Növbəti 2 setdə "Lokomotiv" eyni hesabla rəqibini geridə qoyub
-24:26. Beləliklə dəmiryolçular 1:3 hesabı ilə qələbə qazanıb. Turnir cədvəli 1 Rabitə 16 2 İqtisadçı 16 3 Azərreyl 16 4 Lokomotiv 12 5 Bakı 11 6 Şirvan 10
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB