İngiltərə Premyer Liqasının iki nəhəng klubu olan "Mançester Yunayted" və "Liverpul" İngiltərə futbol çempionatının 29-cu həftəsində üz-üzə gəliblər. Siasport.az saytı xəbər verir ki, bundan əvvəlki daha bir nəhəng derbidə "Çelsi"yə uduzan "qırmızı şeytanlar", bu dəfə yenicə özünə gəlməyə başlayan "Liverpul"a rəqib meydanında boyun əyməli olub. Belə ki, "Liverpul"un hollandiyalı futbol ulduzu Dik Kuyt qarşılaşmanın 34-cü dəqiqəsində, komanda yoldaşı Luiz Suaresin ötürməsini qola çevirərək komandasının 1:0 hesablı qələbəsini təmin edib. Amma meydan sahibləri bununla da kifayətlənməyiblər. Azarkeşlərinin guclü dəstəyi ilə rəqibini öz cərimə meydançasına sıxışdıran "Liverpul" futbolçuları ardıcıl hücumlar təşkil edərək hesabı daha da artırmaqa çalışıblar. Vurulan qoldan cəmi 4 dəqiqə sonra yenidən D.Kuyt komandasını hesabda 2:0 irəli çıxarıb.İkinci hissəyə də meydan sahibləri yaxşı başlayıblar. Artıq oyunun 65-ci dəqiqəsində D.Kuyt özünün 3-cü qoluna imza ataraq "Liverpul"un üstünlüyünü üç topa çatdırıb. Oyunun uzatma dəqiqələrində isə Fernantez "qırmızı şeytanlar"ın təsəlli qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib: 3:1
Bu qələbədən sonra "Liverpul" xallarının sayını 42-yə çatdırıb. "Mançester Yunayterd" isə bu məğlubiyyətdən sonra yenə əvvəlki kimi 60 xalla kifayətlənir. İngiltərə Premyer Liqasında keşirilən qarşılaşmaları diqqətinizə çatdırırıq:
Qollar: Bosejur, 48 - Mulumbu, 47, Morrison, 58, Şarner, 72
Vest Hem - Stok Siti 3:0
Qollar: Ba, 21, Koşta, 29, Hitzlsperger, 83
Arsenal - Sanderland 0:0
Qollar: Keyhill, 45; 75, Klasniç, 86 - Bent, 15, Olbrayton, 65
Fulhem - Blekbern 3:2
Qollar: Daff, 37; 59, Zamoro, 87 (pen), Henli, 45, Hoylett, 65
Nyukasl - Everton 1:2
Qollar: Best, 23 - Osman, 31, Caqelka, 36
Mançester Siti - Viqan 1:0
Qollar: Silva, 37
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB