“Neftçi” – “Xəzər Lənkəran” matçında baş verənlərə görə hər iki klub cəzalandırıldı

“Neftçi” – “Xəzər Lənkəran” matçında baş verənlərə görə hər iki klub cəzalandırıldı
AFFA-nın İntizam Komitəsi NBC Bank Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" – "Xəzər Lənkəran" matçında baş verənlərə görə hər iki klubu cərimələyib. Siasport.az saytı İntizam Komitəsinin qərarlarını nəzərinizə çatdırır:

NBC Bank Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Neftçi" – "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 (bir min) manat cərimə olunur. Oyunun 27 və 70-ci dəqiqələrində "Neftçi" klubunun azarkeşləri tərəfindən qaçış zolağına yandırıcı maddə (fişəng) atıldığı üçün klub 3000 (üç min) manat cərimə olunur (maddə 53). Oyunun 32-ci dəqiqəsində "Xəzər Lənkəran" azarkeşləri yerləşən sektorlarda oturacaqlar sındırılaraq qaçış zolağına atıldığı üçün klub 2000 (iki min) manat cərimə olunur (maddə 52). Bundan başqa "Xəzər Lənkəran" klubunun azarkeşləri yerləşən sektorlarda (20-21-22-ci sektorlar) 325 ədəd oturacağın sındırıldığı aşkar edilmişdir. Bu səbəbdən də "Xəzər Lənkəran" klubu dəymiş zərərə uyğun olaraq Tofiq Bəhramov adına Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin. Oyunun 77-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq (bu cəza Azərbaycan Kuboku yarışlarına şamil edilir) cəzalanır, klub 5000 (beş min) manat cərimə olunur (maddə 42.4).

Bütün xəbərlər Facebook səhifəmizdə