Eltac Səfərli: "Əlimizdən gələni edəcəyik ki, medal qazanaq"

Eltac Səfərli: "Əlimizdən gələni edəcəyik ki, medal qazanaq"

Bakı Şahmat Olimpiadasına hazırlaşan Azərbaycan millisinin şahmatçısı Eltac Səfərli mötəbər yarışla bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, qrossmeyster olimpiadada ən güclü komandaların iştirak edəcəyini söyləyib: "İlin əsas yarışı Bakı Şahmat Olimpiadasıdır. Burada zəif rəqib yoxdur. Azərbaycan xalqına demək istərdim ki, biz əlimizdən gələni edəcəyik ki, medal qazanaq. Bakı Şahmat Olimpiadasına baxın və Azərbaycan millisinə dəstək olun".
Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə