Bu günlərdə İranın Urmiyyə şəhərində ənənəvi "Fəcr" turnirindən 6 mükafatla dönən böyüklərdən ibarət milli komandamız daha bir nüfuzlu yarış ərəfəsindədir. Siasport.az saytı xəbər verir ki, taekvondoçularımız 12-13 mart tarixlərində gənclər və böyüklər arasında Almaniyanın Açıq Çempionatında ("German Open") mübarizə aparacaqlar. Milli komandanın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyev, məşqçi Elnur Amanov və olimpiya seçmə komandasını çalışdıran koreyalı mütəxəssis Con Conqbayın rəhbərliyilə Hamburqdakı turnirdə 11 kişi, eləcə də 10 qadın idmançıdan ibarət heyət iştirak edəcək.
Taekvondoçularımızdan Fariz Əliyev, Kvanq suk Kim və İlkin Şahbazov (hər üçü -68 kq), Elvin Məmmədov, Namaz Heydərov (hər ikisi -74 kq), Rəşad Əhmədov, Ramin Əzizov (hər ikisi -80 kq), Təvəkkül Bayramov (-87 kq) və Aydın Bəhməlov (+87 kq), həmçinin Xəyalə Quliyeva (-46 kq), Türkanə Tahirli, Fatma Əhmədova (hər ikisi -49 kq), Günay Ağakişiyeva, Fərqanə Qurbanova (hər ikisi -62 kq), Vonkyunq Kim və Yelena Abbasova (hər ikisi -67 kq) yarışın ilk günü tatamiyə çıxacaqlar. Martın 13-də isə Samir Aydınov (-54 kq), Rövşən Bayramov (-63 kq), Nigar Hacıyeva, Aygül Abdullayeva (hər ikisi -53 kq) və Səbinə Mikayılovanın (-57 kq) nəticələri məlum olacaq.
Qeyd edək ki, Dünya Taekvondo
Federasiyasının "A" dərəcəli turnirləridən olan "German Open"ə qatılmaq istəyənlər ölkələrin sayı onlarla olsa
da, təşkilatçılar yalnız
1250 idmançının iştirakına icazə veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB