"Qəbələ" Aleksey Antonovla yollarını ayırıb

"Qəbələ" Aleksey Antonovla yollarını ayırıb

"Qəbələ" ukraynalı futbolçusu Aleksey Antonovla yollarını ayırıb. SİA-nın məlumatına görə, 30 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. 2015-ci ilin yayından "qırmızı-qara" forma geyinən Antonov 2015-2016-cı illər mövsümündə "Qəbələ"nin şərəfini qoruyub. Aleksey "Qəbələ"də çıxış etdiyi mövsüm ərzində 49 oyun keçirib, 8 qol vurub. Premyer Liqada 32 matçda 7 dəfə rəqib qapılarına yol tapan legioner başa çatan mövsümün 3 kubok matçında da forma geyinib. Antonov UEFA Avropa Liqasında 14 qarşılaşmada 1 dəfə rəqib qapısına yol tapıb.

"Qəbələ" İdman Klubu Aleksey Antonova "qırmızı-qara" forma ilə keçirdiyi oyunlara, qollara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə