Konkur üzrə “NOVRUZ CUP” adlı Dünya Kuboku Təsnifat Mərhələsinin yarışları təşkil olunacaq

Konkur üzrə “NOVRUZ CUP” adlı Dünya Kuboku Təsnifat Mərhələsinin yarışları təşkil olunacaq

10-12 Mart 2011-cil tarixlərdə Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən Sərhədçi Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı "NOVRUZ CUP"(Novruz Kuboku) adlı Dünya Kuboku Təsnifat Mərhələsinin yarışları təşkil olunacaq. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan, Rusiya, Gürcüstan, Bolqarıstan, Monqolıstan kimi ölkələrin idmançıları iştirak edəcək. Yarışlara Türkiyə Respublikası və İran İslam Respublikasından dəvət olunmuş hakimlər kollegiyası hakimlik edəcəkdir. Turnirin ümumi mükafat fondu 69 000 avro təşkil edir. Yarışlara hər gün saat 15:00-da start veriləcək. 3 gün davam edəcək turnirin ilk günü açılış yarışı, ikinci gün vaxta qarşı yarış, sonuncu gün isə Grand Prix- Final yarışları təskil olunacaq.

Yarışların nəticələrinə uyğun olaraq idmançıların topladığı xallar onların 2012-ci il Londonda təşkil olunacaq Olimpiya Oyunlarına vəsiqə əldə etməyinə böyük təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə