Meydanəli Yolçuyev: "ARMTRŞ qanunun aliliyini rəhbər tutub" AÇIQLAMA
"Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının ANS televiziyasının yayımını dayandırmasını doğru addım hesab edirəm. Bu televiziyanın Türkiyədə baş verən hadisələri düngün olmayan şəkildə şərh etməsi və yaymasını pisləyirəm". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev deyib.
O qeyd edib ki, ANS-in bağlanmasını radikal müxalifət öz məqsədləri üçün istifadə etməyə çalışır: "Musavat, AXCP və bu kimi radikal müxalifət ən azı mətbuatın diqqətini özlərinə cəlb etmək üçün qanuni məsələlərə anormal don geyindirərərk etiraz etməyə adət ediblər. Onlar bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Ancaq bu, mənasız və əsassız cəhddir. Terrorçuluğu təbliğ etmək və ya ona dəstək vermək cinayət məsuliyyəti yaradır. ANS də bilərkdən və ya bilməyərəkdən qanuna zidd fəaliyyət yolu tutmuşdur. ARMTRŞ da qanunun aliliyini rəhbər tutaraq haqlı qərar qəbul edib".
Təşkilat sədri Türkiyənin qanuni, demokratik yolla hakimiyyətdə olan dövlət rəhbərliyini dəstəklədiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB