İrandan 1 gümüş və 1 bürünc medal

İrandan 1 gümüş və 1 bürünc medal

5-6 mart 2011-ci il tarixdə İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medalla Vətənə dönüblər.

Məşqçi Vüqar Aslanovun rəhbərliyi altında turnirdə iştirak edən pəhləvanlarımızdan Kamran Məmmədov (60 kq) gümüş, Orxan Əhmədov (55 kq) bürünc medala layiq görülüb. 55 kq-da digər təmsilçimiz Rəşid Bünyatov isə 5-ci yerdə qərarlaşıb.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə