Qurban Qurbanov: "Meydançanın vəziyyəti o qədər də yaxşı deyil"

Qurban Qurbanov: "Meydançanın vəziyyəti o qədər də yaxşı deyil"

"Meydançanın vəziyyəti o qədər də yaxşı deyil. Bu amil oyunumuza təsir edə bilər. Amma maksimum şəkildə çalışacağıq ki, səhvlərə yol verməyək". SİA-nın məlumatına görə, bunu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində bu gün qarşılaşacaqları "Düdelanj" haqda danışan baş məşqçi komandaları ciddi oyunun gözlədiyini bildirib: "Rəqibimiz də istəkli komandadır, növbəti mərhələyə vəsiqə qazanmaq üçün vuruşacaq. Bizi ciddi bir oyun gözləyir, həddindən artıq diqqətli olmalıyıq. İki oyunun nəticəsinə görə növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik".

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Qarabağ" rəqibinə 2:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə