"Qarabağ" "SKA-Energiya" klubuna qalib gəlib

"Qarabağ" "SKA-Energiya" klubuna qalib gəlib
Türkiyədə təlim-məşq toplanışı keçirən "Qarabağ" klubu yoxlama oyununda qüvvəsini sınayıb. Siasport.az saytı xəbər verir ki, Rusiyanın "SKA-Energiya" klubu ilə qarşılaşan Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib. "Qarabağ"ın heyətində Əfran İsmayılov, Nderim Nedzipi və Vüqar Nadirov fərqləniblər.

Qeyd edək ki, hazırlığı tamamlayan "Qarabağ" bu gün Bakıya geri dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə