Bakı "İnter"i yenə Türkiyə klubuna qarşı

Bakı "İnter"i yenə Türkiyə klubuna qarşı
Türkiyədə təlim-məşq toplanışını davam etdirən Bakı "İnter"i növbəti yoxlama oyununa çıxacaq. Klubun rəsmi "Facebook" səhifəsində yayılan xəbərə görə, rəqib bu dəfə də Türkiyə təmsilçisi olacaq. "İnter" "Elazığspor"u sınağa çəkəcək. Oyun iyulun 22-i, Bakı vaxtı ilə saat 19.00-da başlayacaq. Qeyd edək ki, "İnter" ilk yoxlama görüşündə "Kasımpaşa"ya qalib gəlib - 2:1.

Bütün xəbərlər Facebook səhifəmizdə