"Barselona" 21 yaşlı futbolçusuna 50 milyon avro qiymət qoydu

"Barselona" 21 yaşlı futbolçusuna 50 milyon avro qiymət qoydu

İspaniyanın "Barselona" futbol klubu, futbolçusu Serxi Samperlə müqaviləni yeniləyib. Katalon klubunun rəsmi saytı bu barədə xəbər yayıb. Xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2019-cu ilə qədər uzadılıb. Onun təzminat qiymətinin 50 milyon avro olduğu bildirilib. "Barselona"nın B komandasında çıxış edən S.Samperin yeni mövsümdən əsas komandada oynayacağı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə