Dieqo "Fənərbaxça"dan getdi

İstanbulun "Fənərbaxça" futbol klubu braziliyalı futbolçusu Dieqo Ribasla yolları ayırıb. SİA xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı xəbər yayıb. Xəbərə görə, braziliyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun "Flamenqo" ilə müqavilə imzalayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə