"Bakı" kuboku qazandı
"Bakı" futbol klubunun təşəbbüsü ilə 16 yaşlı futbolçular arasında Azərbaycan Respublikanın əməkdar məşqçisi, idman ustası Ruslan Abdullayevin xatirəsinə keçirilən sayca doqquzuncu turnirə yekun vurulub. Siasport.az saytı xəbər veirr ki, Bakı və Abşeronu təmsil edən 23 komandanın yarışdığı ənənəvi turnirin final oyunu dünən "Bakı" futbol klubunun təlim-məşq bazasının süni örtüklü meydanında baş tutub.

Əvvəlcə meydana üçüncü yer uğrunda yarışan "Ədliyyə" və "Bakı 008" komandaları çıxıb. 2:1 hesabı ilə qalib gələn "Ədliyyə" turnirin üçüncü mükafatını qazanıb.

Qalib adı uğrunda "Bakı" və "UGİM" komandaları mübarizə aparıblar. Turnirin tarixi ərzində ilk dəfə final oyununu FİFA referesi idarə edirib. Üstun oyun nümayiş etdirən "Bakı" yeniyetmələri rəqiblərini 4:1 hesablı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıblar.

Qaliblərə mükafatları turnirin təşkilatçıları Ramiz Məmmədov, "Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov və icraçı direktor Yaşar Seyidov təqdim ediblər.

Başa çatan yarışın son sözü ilə çıxış edən Zeynal Məmmədov turnirin əhəmiyyətindən danışıb və onun gələcəkdə beynəlxalq status alması üçün zəruri addımların atılacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com