Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar olaraq paytaxtımızda nümunəvi çıxışlar təşkil olunub - FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il olduğu kimi bu il də martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Bununla əlaqədar olaraq bu gün bir çox tədbirlər keçirilib. Siasport.az saytı xəbər verir ki, paytaxtımızda Tofiq Bəhramov adına Respublika stadionunun önündə Gənclər və İdman Nazirliyi tərəfindən bir çox idman növləri üzrə nümunəvi çıxışlar təşkil olunub. Bayram münasibəti ilə keçirilən tədbirə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti Xəzər İsayev, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Almaniya, İngiltərə, Yunanıstan və Niderlandın Azərbaycandakı səfirləri və digərləri də qatılıblar.
İlk öncə veteran idmançılara hədiyyələr verirlib. Daha sonra isə təşkil olunmuş nümunəvi çıxışlara baxış keçirilib. Nazir müavini İ.İsmayılov və MOK-un I vitse-prezdenti Ç.Hüseynzadə Azərbaycan idmanında xidməti olanlara fəxri adları təqdim ediblər. Onlar çıxış edərək Azərbaycanda idmanın inkişafından, idmançılarımızın beynəlxalq səviyyədə uğurlarından danışıblar və idman ictimaiyyətini təbrik ediblər.
Sonda isə qaçış təşkil olunub. Qaçışda Almaniya, İngiltərə, Yunanıstan və Niderlandın Azərbaycandakı səfirləri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB