İdman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

İdman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Xəbər verdiyimiz kimi, bu gün ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur. Siasport.az saytı xəbər verir ki, əlamətdar gün münasibətilə idman ictimaiyyətinin, müvafiq qurumların nümayəndələri martın 5-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.

Ziyarət edənlərin arasında gənclər və idman nazirinin müavinləri İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com