Rufiz Qonaqov: "Dəyişikliklərin referenduma çıxarılması tarixi bir zərurətdir" AÇIQLAMA

Rufiz Qonaqov: "Dəyişikliklərin referenduma çıxarılması tarixi bir zərurətdir" AÇIQLAMA

"Prezident İlham Əliyevin Konstitusiyada dəyişikliklərlə bağlı referendum keçirilməsi haqqında Sərəncamı zamanın tələbinə uyğundur". Bunu SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov deyib.

O qeyd edib ki, dünyanın demokratiya ənənəsi olan istənilən ölkəsində vaxtaşırı Konstitusiya islahatları və dəyişikliklər həyata keçirilir: "Bu gün artıq Azərbaycanın müstəqillik əldə etməsindən kifayət qədər vaxt keçib. Bu illər ərzində ölkəmizdə Prezidentlik institutu özünü doğuruldub. Bu baxımdan əlbəttə ki, bu gün Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, eyni zamanda vitse-prezidentlik institutunun yaradılmasına zərurət yaranıb".

BMAM rəhbəri bildirib ki, parlamentə seçilmə yaşının 25-dən 18-ə, o cümlədən prezidentliyə namizədlik yaşının 35-dən 30-a endirilməsi və digər struktur dəyişiklikləri önəmli və zəruridir: "Dövlətimizin daha da güclü olması və milli təhlükəsizliyimizin daha da gücləndirilməsi baxımından bu konstitusiya dəyişikliklərin ümumxalq referenduma çıxarılması tarixi zərurətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə