Azərbaycan birinciliyində ilk gün yunan-Roma güləşi üzrə gənclər mübarizə aparıb-FOTOSESSİYA

Azərbaycan birinciliyində ilk gün yunan-Roma güləşi üzrə gənclər mübarizə aparıb-FOTOSESSİYA

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyinin açılış mərasimi olub. Siasport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafda olduğunu, ötən il idmançılarımızın müxtəlif yarışlarda 674 medal qazandıqlarını bildirib. Nazir müavini deyib ki, Azərbaycan güləşçiləri beynəlxalq yarışlarda uğurla çıxış ediblər: "Bunun əyani sübutudur ki, ötən il Sinqapurda keçirilən yeniyetmələr arasında Birinci Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı 8 medaldan 5-i məhz güləşçilərin payına düşüb".

Nazir müavini bildirib ki, ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir: "Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğının nəticəsidir ki, Azərbaycanda 29 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir".

Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov isə bildirib ki, ötən il Azərbaycan güləşi üçün uğurlu olub: "Güləşçilərimiz iştirak etdikləri bütün beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edib və medallar qazanıblar. 2010-cu ildə dünyanın ən yaxşı sərbəst və yunan-Roma güləşçisinin Azərbaycan idmançıları olması da ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini göstərir".

Turnirin ilk günü 1991-1993-cü illər təvəllüdlü 50, 60, 74 və 96 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda nəticələr isə aşağıdakı kimidir.

50 kq

1. Tahir Niftalıyev – 1 saylı nümayəndəlik, Bakı, DİN İC

2. Tariyel Ruslanoğlu – 1 saylı nümayəndəlik, Bakı, Cəngi GK

3. Malik Gülmalıyev – 1 saylı nümayəndəlik, Bakı, Sərhədçi

3. İlqar Cəfərzadə - 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

60 kq

1. Orxan Qəmbərov – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

2. Vüsal Atayev – 2 saylı nümayəndəlik, Sumqayıt

3. Ənvər Cəfərov – 2 saylı nümayəndəlik, Sumqayıt

3. Amil Əhmədov – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

74 kq

1. Niyaməddin İbrahimov – 1 saylı nümayəndəlik, Bakı, İnter

2. Fuad Əliyev – 1 saylı nümayəndəlik, Bakı, Neftçi İSM

3. Toğrul Yunisli – 1 saylı nümayəndəlik, Bakı, İnter

3. Elman Qasımov – 2 saylı nümayəndəlik, Sumqayıt

96 kq

1. Elvin Cahangirov – 2 saylı nümayəndəlik, Qubadlı

2. Kamran Hüseynov – 1 saylı nümayəndəlik, Bakı, DİN İC

3. Samir Qayıbov – 1 saylı nümayəndəlik, Bakı, DİN İC

3. Röyal Mirzəyev – 1 saylı nümayəndəlik, Bakı, Spartak

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com