Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun Mərakeş Krallığının idman və gənclər naziri Munsif Bəlxeyyatın dəvəti ilə həmin ölkəyə səfərə yollandığı barədə məlumat yayımladıq. Siasport.az saytı xəbər verir ki, nazir Azad Rəhimov və mərakeşli həmkarı Munsif Bəlxeyyat arasında görüş keçirilib. Görüş əsnasında hər iki ölkənin nazirləri gənclər və idman sahəsində görülən işlər, nəzərdə tutulan layihələr barədə məlumatlar veriblər. Gənclər və İdman Naziri Azad Rəhimov eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən səsvermələrdə iki ölkə arasında mövcud olan dəstəyi xalqlarımız və hökumətlərimiz arasındakı dostluq əlaqələrinin nümunəsi kimi qiymətləndirib.
Görüşün sonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Mərakeş Krallığı Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində Əməkdaşlıq Protokolu imzalanıb.
A.Rəhimov İSESKO-nun Rabatdakı iqamətgahında baş katib Ə.Tüveycri ilə görüşüb, Rabatdakı Futbol Akademiyası, Qolf idman kompleksi və Tanjer şəhərindəki idman obyektləri ilə tanış olub.
A.Rəhimov Mərakeş Krallığı Gənclər və İdman Nazirliyinin YUNİSEF ilə birgə təşkil etdiyi uşaq məsələlərinə həsr edilmiş tədbirdə də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB