İdman Məktəblərinin IV Respublika Oyunlarının proqramına daxil olan sərbəst və yunan-roma güləşi üzrə yarışlar yekunlaşıb

İdman Məktəblərinin IV Respublika Oyunlarının proqramına daxil olan sərbəst və yunan-roma güləşi üzrə yarışlar yekunlaşıb

Bu ilin fevral ayından başlayaraq İdman Məktəblərinin IV Respublika Oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, artıq Oyunların proqramına daxil olan sərbəst və yunan-roma güləşi üzrə 13-14 yaşlı yeniyetmələr arasında yarışların zona və final mərhələsi yekunlaşıb. İlk dəfə olaraq yeniyetmə idmançıların hazırlığı məqsədilə yarışlar 17 çəki dərəcəsi üzrə keçirilib. Bununla da ağır çəkili idmançıların üzə çıxması üçün şərait yaranıb. Yarışlar komanda xarakteri daşıyırdı. Göyçay Olimpiya İdman Kompleksində yunan-roma güləşi üzrə yarışların final mərhələsi keçirilib.

Yarışlarda "Cəngi" Güləş Klubunun komandası I, Mingəçevir-UGİM-GİN komandası II və Bakı şəhəri 6 saylı Uşaq-Gənclər Güləş Məktəbinin komandası III yerə çıxıb. Göyçay Olimpiya İdman Kompleksində sərbəst güləş idman növü üzrə yarışların final mərhələsi də keçirilib. Yarışların yekunlarına əsasən Abşeron-UGİM-TN I, Masallı-UGİM-GİN II, Şəmkir-GİN-UGİM komandası III yerdə idman mübarizəsini başa vurmuşub. Yarışların yekunlarına görə, sərbəst və yunan-roma güləşi üzrə yığma komandaların məşqçiləri yeniyetmələrdən ibarət komandanın formalaşdırıması məqsədilə namizəd idmançıları müəyyən ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə