Azərbaycan idmançısı erməni şahmatçını mat etdi

Azərbaycan idmançısı erməni şahmatçını mat etdi
İranın Məşhəd şəhərində sayca 19-cu "Fəcr" beynəlxalq şahmat turniri davam edir. Siasport.az saytı xəbər verir ki, turnirdə 15 ölkədən 247 şahmatçı iştirak edir. 7 turdan sonra Sergey Tivyakov (Niderland) 6,5 xalla liderdir. Azərbaycan şahmatçıları Qədir Hüseynov və Nicat Məmmədov, rusiyalı Yevgeni Qleyzer və Belarus idmançısı Aleksey Fyodrov liderdən yarım xal geri qalırlar. Azərbaycan şahmatçısı Loğman Quliyevin 4,5 xalı vardır.

Azərbaycanlı qrossmeyster Qədir Hüseynov 7-ci turda Ermənistan idmançısı Tiqran Kotancyana, Nicat Məmmədov və Loğman Quliyev müvafiq surətdə iranlı şahmatçılar Mörtəza Darbana və Möştəba Hollasi Muda qalib gəliblər.

Səkkizinci turda Qədir Hüseynov – Yevgeni Qleyzer, Nicat Məmmədov – Mixeil Mçedlışvili (Gürcüstan), Loğman Quliyev - Amer Amini (İran) cütlüklərinin qarşılaşmaları olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com