Londonun "Çelsi" futbol klubunun futbolçusu Dieqo Kosta "Atletiko"ya transfer olunmaq istəmir. Britaniya mətbuatının yaydığı xəbərə görə, ispan hücumçu London təmsilçisindən onu Madrid klubuna satmamağı xahiş edib. D.Kosta "Çelsi"də xoşbəxt olduğunu və heç bir yerə getmək istəmədiyini bildirib. Məlumata görə, ingilis klubunun rəhbərliyi də ispan futbolçunu heyətdə saxlamağa müsbət yanaşır. Futbolçu ilə bağlı hər şey isə, avqustun ilk ongünlüyündə məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB