Londonun "Arsenal" futbol klubunun yeni kapitanı müəyyənləşib. "Goal.com"-un verdiyi məlumata görə, yeni mövsümdən London təmsilçisinin kapitanı müdafiəçi Per Mertezaker olacaq. Mikel Artetanın "Arsenal"dan gedişindən sonra "topçular"da kapitanlıq sarğısı 31 yaşlı alman futbolçuya, vitse-kapitanlıq isə Loren Koselniyə həvalə olunub. Bu iki futbolçunun meydana çıxmayacağı təqdirdə kapitanlıq sarğısını Petr Çex və ya Teo Uolkot geyinəcək. Qeyd edək ki, Mertezakerin "Arsenal"la müqaviləsi gələn ilin yayında başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB