Londonun "Çelsi" futbol klubu daha biraziliyalını heyətinə qatmağa hazırlaşır. SİA ingilis mətbuatına istinadən xəbər verir ki, "zadəğanlar" Braziliyanın Santos klubunda çıxış edən Qabriel Barbosanın transferini rəsmiləşdirməyə çalışırlar. Belə ki, London klubu "Yuventus"un da istədiyi Qabiqol ləqəbli futbolçu üçün braziliyalılara 15 milyon avro təklif edəcək. Qeyd edək ki, "Qabiqol" ləqəbli Qabriel Barbosa Almeydanın 19 yaşı var. 2016-cı ildə keçirdiyi 27 oyunda 12 qol vuran futbolçuya "Transfermarkt" 15 milyon avro qiymət qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB