Berti Foqts: "Gənc azərbaycanlı futbolçulara daha çox şans verilməlidir"

Berti Foqts: "Gənc azərbaycanlı futbolçulara daha çox şans verilməlidir"
"Mən bir müddət əvvəl legionerlərlə bağlı konspektimi AFFA-ya təqdim etmişəm. Fikrimcə, gənc azərbaycanlı futbolçulara daha çox şans verilməlidir". Siasport.az saytı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında yığma komandamızın baş məşqçisi Berti Foqts deyib. Alman məşqçi dünən keçirilən "Neftçi - Xəzər Lənkəran" oyununu izləmədiyini deyib: "Neftçi - Xəzər Lənkəran" oyunu zamanı mən təyyarədə idim, Bakıya gəlirdim. Amma martın 8-də keçiriləcək cavab oyununu stadiondan izləyəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə