AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Nikolay Adamın U-15 və U-16, Təbriz Həsənovun U-17, Vəli Qasımovun isə U-19 Azərbaycan yığma komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunub.

2. Futbol veteranları Cahangir Hüseynov, Bəşir Əliyev, Rafiq Məmmədov və Rafiq Bağırova AFFA-nın təqaüdü verilməsi təsdiqlənib.

3. AFFA ilə Liverpul Universiteti arasında aparılmış danışıqlara uyğun olaraq, futbol idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı Bakıda Liverpul Universitetinin seminarlarının təşkil olunması qərara alınıb. Premyer Liqada çıxış edən hər klubun ən azı 1 nümayəndəsinin həmin seminarlarda təhsil alması tövsiyə olunub.

4. U-13 və U-14 liqalarında çıxış edən komandaların futbolçularının cəzalarının azaldılması ilə bağlı Əsasnamədə dəyişiklik edilib.

5. AFFA-nın U-11 Liqasının yaradılmasının mümkünlüyü ilə bağlı araşdırma aparılmasının AFFA-nın baş katibliyinə həvalə olunması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə