Millimiz Vətənə 4 medalla qayıdır FOTOLAR

Millimiz Vətənə 4 medalla qayıdır FOTOLAR

Xorvatiyanın Zaqreb şəhərində keçirilən və 46 ölkənin iştirak etdiyi Avropa birinciliyinın son günləri də stolüstü tennisçilərimiz üçün uğurlu olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, gənclərin şəxsi birinciliyində tennisçimiz 2-ci yeri tutaraq gümüş medala, yeniyetmələrin şəxsi oyunlarında isə digər tennisçimiz 3-cü yeri qazanaraq bürünc medala layiq görülüb.

Yeniyetmələrin qarışıq qoşa yarışlarında tennislərimiz 3-cü yeri tutaraq komandamıza daha bir bürünc medal qazandırıblar.

Ümumiyyətlə, artıq başa çatan Avropa birinciliyində Azərbaycan millisi yüksək nəticələr göstərib. Uğurla çıxış edən Azərbaycanın gənclərdən ibarət stolüstü tennis üzrə yığma komandası Avropa birinciliyində üçüncü yeri tutub. Komanda yarışlarında yeniyetmə qızlar 9-cu, gənc qızlar isə 5-ci yerə sahib olublar.

Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə olaraq bu cür yüksək nəticələr əldə edən millimiz Vətənə 4 medalla qayıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə