Sabah “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş bayram tədbiri keçiriləcək

Sabah “5 mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş bayram tədbiri keçiriləcək
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 5 mart 2011-ci il tarixdə "5 mart-Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş bayram tədbiri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, tədbir saat 13:00-da ölkəmizin idman ictimaiyyətinin tanınmış nümayəndələrinin Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin məzarının ziyarət olunması ilə başlayacaq. Tədbirin davamı olaraq saat 14:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun yanında (stadionun mərkəzi girişi tərəfdə) idmançıların nümunəvi çıxışları təşkıl olunacaq.

Tədbirin əsas məqsədi yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, idman növlərinin geniş şəkildə təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə