FİFA və UEFA prezidentləri Azərbaycana gələcək

FİFA və UEFA prezidentləri Azərbaycana gələcək

FİFA prezidenti Yozef Blatter Azərbaycana gələcək. Siasport.az saytı xəbər verir ki, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev jurnalsitlərə açıqlama verib. O qeyd edib ki, FİFA prezidenti ölkəmizə Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş tədbirlə bağlı səfər edəcək.

Qeyd edək ki, bu, iyunun 2-də FİFA-nın konqresində sözügedən qurumun prezident seçkilərindən sonra ilk səfəri olacaq. Onunla yanaşı, UEFA prezidenti Mişel Platini də tədbirdə iştirak etmək üçün Azərbaycana gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə