Fiziki məhdudiyyətli gənclər üçün ekskursiya təşkil olunub FOTOLAR

Fiziki məhdudiyyətli gənclər üçün ekskursiya təşkil olunub FOTOLAR

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fiziki məhdudiyyətli gənclərin Şamaxı rayonuna ekskursiyası təşkil olunub. SİA-nın məlumatına görə, Şamaxı turu 30 nəfərlik fiziki məhdudiyyətli gənclərin və onlara dəstək üçün Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə birgə baş tutub.

Qeyd edək ki, fiziki məhdudiyyətli və sağlam gənclərin iştirak etdiyi birgə tədbirlər onların sosial, intellektual və emosional inkişafının təmin edilməsinə, ünsiyyətin asanlaşdırılmasına əvəzsiz tövhələr verir. Yol boyu müxtəlif mahnıların səsləndirilməsi ilə rəqslər və ifalar olunub. Şamaxı rayonuna çatan səyahətçilər nahar edib, təbiəti seyr etməyə çıxıblar. Ərazini gəzdikdən sonra gənclər müxtəlif intelektual və əyləncəli oyunlarda iştirak edərək, Bakı şəhərinə xoş təəssüratlarla qayıdıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə