Adnan Sezgin istefa verdi
\"Qalatasaray\" rəhbərliyinin təşkil etdiyi böyük toplantıdan sonra klub prezidenti Adnan Polat \"Florya Mətin Oqtay Təsisləri\"ndə mətbuat konfransı keçirib. Siasport.az saytı xəbər verir ki, Polat \"Sarı-qırmızılar\"ın idman direktoru Adnan Sezginin istefasını qəbul etdiyini açıqlayıb: \"Belə bir çətin vəziyyətdə camianın bizə dəstək olması lazımdı. İdman direktorumuz Adnan Sezgin bu gün yanıma gəldi və dedi: \"\"Qalatasaray\"ın daha çox ziyan görməsini istəmirəm. Əgər mənim gedişim komandaya xeyir verəcəksə, alın bu da istefa ərizəm\". Mən də Adnan Sezginin istefasını qəbul etdim. Bundan əvvəl də 6 dəfə istefa ərizəsini təqdim etmişdi, ancaq qəbul etməmişdim. Demək, bura qədər imiş. Sezginə bu günə qədər etdiyi xidmtlərə görə təşəkkür edirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə