NBC Bank Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilmiş "Neftçi" – "Xəzər Lənkəran" matçında polislər yenə də "Neftçi" azarkeşləri ilə yola gedə bilməyiblər. Siasport.az saytı xəbər verir ki, oyun zamanı azarkeşlərin, fanklubların etikadan kənar olmayan pankartlar qaldırmalarına tam hüquqları var. Dünən baş tutan matçda isə "UltraNeftçi" fanklubunun pankartları zorla əllərindən alınaraq polislər tərəfindən tribunadan uzaqlaşdıldı. Belə ki, fevralın 13-də keçirilən oyunda "Fırtına" fanklubunun üzvlərinin qaldırdığı "Bu oyunu böyük edən bizik" yazılı pankartına cavab olaraq, bu dəfə "UltraNeftçi" üzvləri "Sizi Böyük edən Bizik" və "Welcome to hell!" (Cəhənnəmə xoş gəlmisiniz!) yazılı pankartlar qaldımışdılar. Çox keçmədən polis əməkdaşları zorla pankartları azarkeşlərin əllərindən alaraq oradan uzaqlaşdırdılar.s
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB