“ADY” QSC-nin kollektivi gücləndirilmiş iş rejiminə keçib

“ADY” QSC-nin kollektivi gücləndirilmiş iş rejiminə keçib

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi yay mövsümü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Qurumun mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, sərnişinlərin və hərəkət tərkiblərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər reallaşdırılır. İnfrastruktur Departamentinin kollektivi tərəfindən dəmir yolunun üçt quruluşu elementlərinə - yəni rels bərkidicilərinə, relslər arasındakı məsamələrə gün ərzində bir neçə dəfə baxış keçirilir, istidən öz-özünə alovlanma baş verməməsi üçün yollar otlardan təmizlənir.

Sərnişin daşımaları Departamenti də bir sıra vacib məqamlara diqqəti artırıb. Belə ki, reysə çıxmazdan əvvəl sərnişin vaqonlarının soyuducu sistemi bir daha yoxlanılır, eyni zamanda vağzallardakı gözləmə zallarında kondisionerlərin normal işləməsi diqqətdə saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə