"Şkendiya" - "Neftçi" matçını belçikalı hakimlər idarə edəcək

"Şkendiya" - "Neftçi" matçını belçikalı hakimlər idarə edəcək

Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Şkendiya" - "Neftçi" görüşünün hakimləri bəlli olub. SİA-nın məlumatına görə, Makedoniyada keçiriləcək qarşılaşmanı belçikalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Erik Lambrext olacaq. Ona Karel de Roker və Jo de Veyrdt kömək edəcək. Dördüncü hakim isə Frederik Geldhofdu.

Xatırladaq ki, "Neftçi" və "Şkendiya" arasında Bakıda keçirilmiş ilk oyunda qolsuz heç-heçə qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə