"Qəbələ" MTK ilə Bakıdakı oyunun hazırlığına start verib

"Qəbələ" MTK ilə Bakıdakı oyunun hazırlığına start verib

"Qəbələ" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. SİA-nın məlumatına görə, iyulun 14-də Macarıstanın Dyer şəhərində MTK ilə keçirilən ilk qarşılaşmanın (2:1) ardından bir günlük istirahətə buraxılan "qırmızı-qaralar" məşqlərini bərpa ediblər. Bakıda baş tutan hazırlıq prosesində futbolçular iki qrupda bölünüb. Günün ikinci yarısına təsadüf edən məşq zamanı Macarıstandakı görüşün iştirakçıları bərpaedici məşqlə kifayətləniblərsə, digər oyunçular toplu çalışmalara üstünlük verib.

Xatırladaq ki, cavab oyunları çərçivəsində baş tutacaq "Qəbələ" – MTK qarşılaşması iyulun 21-də Bakıda keçiriləcək. "Bakcell Arena"dakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə