Kamran Ağayev: "Kimlərsə "Neftçi"ni çempion etmək istəyirsə, gəlib bizdən xahiş etsinlər"
"Neftçi" ilə oyunda flaqmanın azarkeşləri tərəfindən söyüşlərə qonaq edilən "Xəzər Lənkəran"ın kapitanı Kamran Ağayev oyundan sonra jurnalistlərə qalmaqallı açıqlama verib. Siasport.az saytı xəbər verir ki, o, əvvəlcə "Neftçi"nin prezidentindən üzr istəyib və sözlərinə başlayıb: "Əvvəlcə Sadıq Sadıqovdan üzr istəyirəm. İşi bir kənara qoyuram. Onun insanlağına, kişiliyinə böyük hörmətimiz var. Sadəcə, istəmirəm ki, sonradan mənim "Neftçi" ilə qərəzimin olduğunu düşünsünlər. Sadıq Sadıqov futbol üçün böyük işlər görür. Elə insanlara ömrümün sonuna qədər minnətdar olacam. Onu və "Neftçi"nin futbolçularını nəzərdə tutmuram. Kimlərsə "Neftçi"ni çempion etmək istəyirsə, gəlib bizdən xahiş etsinlər. Biz 13-14 baş üstün oynayıb, bu vəziyyəti yaradırıq. Allah hər şeyi görür. Sərt danışıramsa, qələt edirəm, üzr istəyirəm. Vicdanları varsa, vicdanla hərəkət etsinlər. Onsuz da bilirik ki, hardasa bizi dayandıracaqlar. Amma mübarizəni davam etdiririk. Allah böyükdür, özü bilən məsləhətdi. Bunlar Anar Salmanovun səhvləri deyil, tamam başqa adamların səhvləridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB