Dünya futbolunun daha bir ulduzu evlənməyə qərar verib. Məsələ burasındadır ki, Madrid "Real"ının futbolçusu Qaret Beyl də sevgilisi Emme Ris Consla dünya evinə girməyə hazırlaşır. Uelsli futbolçu bu barədə şəxsi "tvitter" səhifəsində yazıb. "O, mənə "hə" dedi. Bu bazar gününü heç vaxt unutmayacam" – deyə o qeyd edib. Məktəbli vaxtlarından tanış olan cütlüyün iki qız övladı var. Bunlar 3 yaşlı Alba Violetta və martda dünyaya gələn Nava Valentinadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB