Zidanın iki oğlu “Real”ın əsas komandasında...

Zidanın iki oğlu “Real”ın əsas komandasında...

"Real" Şimali Amerikada keçirəcək təlim-məşq toplanışına aparacağı futbolçuların adını açıqlayıb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda artıq dünən Kanadaya yola düşüb və bu gündən Monreal şəhərində məşqlərə başlayacaq. Qeyd edək ki, 25 nəfərlik siyahıda "Real"ın baş məşqçisi Zinəddin Zidanın iki oğlu - qapıçı Lyuka və yarrımmüdafiəçi Enso da yer alıb.

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Ruben Yanyes, Aleks Kraninks, Lyuka Zidan.

Müdafiəçilər: Danilo, Rafael Varan, Marselo, Daniel Karvaxal, Naço Fernandes, Filipp Linxart, Alvaro Texero, Əşrəf Hakimi.

Yarımmüdafiəçilər: Kazemiro, İsko, Mateo Kovaçiç, Markos Lyorente, Marko Asensio, Martin Edeqor, Enso Zidan, Aleyş Febas.

Hücumçular: Kərim Benzema, Xese Rodriqes, Borxa Mayoral, Mariano Dias.

Qeyd edək ki, Şimali Amerikada təlim məşq toplanışı çərçivəsində "Real" qatılacağı beynəlxalq turnirdə PSJ, "Çelsi" və "Bavariya" ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə