Ronaldodan xəstə uşaqlara 275 min avroluq hədiyyə...

Ronaldodan xəstə uşaqlara 275 min avroluq hədiyyə...
Futbol üzrə Portuqaliya millisinin kapitanı, Madrid "Real"ının hücumçusu olan Kriştiano Ronaldo, yenə xeyirxah addımı ilə gündəmə gəlib. SİA xarici mediaya istinadən xəbər verir ki, ulduz futbolçu "Avro-2016"dakı qələbəyə görə ona çatan mükafatı xeyriyyə işinə yönəldib. Ulduz futbolçu 275 min avronu onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlara bağlı fondun hesabına köçürüb. Bildirilir ki, "Real"ın hücumçusu Çempionlar Liqasındakı qələbə səbəbindən ona çatan mükafatı da eyni məqsədlə istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə