Mərkəzi arenada azarkeşlər 250 oturacaq sındırdılar

Mərkəzi arenada azarkeşlər 250 oturacaq sındırdılar

"Neftçi" - "Xəzər Lənkəran" oyunu zamanı Tofiq Bəhramov adına Respublika stadionuna ciddi ziyan dəyib. Siapsort.az saytı xəbər verir ki, azarkeşlər stadionun oturacaqlarını qırıblar. İlkin hesablamalara görə, təxminən 250 oturacaq sındırılıb. Hər iki komandanın azarkeşlərinin yerləşdiyi sektorda oturacaqlar qırılsa da, ziyan əsasən qonaq komandanın fanatlarının yerləşdiyi sektorlardadı. Oturacaqlar xüsusilə Anar Salmanov "Xəzər Lənkəran"ın qapısına penalti təyin edən zaman qırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə